İordaniya Parlamentinin sədri Əhməd əs-Safedi, Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərin vurduğu zərərin ölkələrin imkanlarını aşdığını ifadə edərək, Türkiyə və Suriyada zərər çəkmiş bölgələrin yenidən inşası üçün beynəlxalq ictimaiyyətdən bu mövzuda "ortaqlıq" göstərilməsini istəyib.
Sitat.info xəbər verir ki, İordaniyanın dəstəyinin “Türk və Suriya xalqlarının yanında olmaq milli və dini bir vəzifədir” baxışından qaynaqlandığını ifadə edən Safedi, bunun həm də “hər bir iordaniyalının mühacir ölkələrdəki qardaşlarına təcili yardım etməsi” fikrindən qaynaqlandığını bildirib.
Zəlzələdən zərər çəkən ölkələr, eləcə də İslam və Ərəb ölkələri ilə bağlı qlobal təşəbbüsün olması lazım olduğunu təkrarlayan Safedi, “Türkiyə və Suriyanın çiyinlərində ağır bir yük olduğunu” ifadə edərək, məhdud imkanlarına baxmayaraq İordaniyanın etdiyi kimi “açıq mövqe nümayiş etdirməyə” çağırıb.
Hər an, hər ölkədə zəlzələ fəlakətinin ola biləcəyini bildirən Safedi, dövlətlər arasında həmrəyliyin əhəmiyyətini vurğulayıb.
Seymur Bənnayev
Sitat.info