Zelenski: Rusiya 36 raket hücumu həyata keçirib

17:39 16 Fevral 2023

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya səhər saatlarında Ukraynaya 36 raket zərbəsi endirib.

Sitat.info xəbər verir ki, Zelenski Norveç parlamentinin Stortingin xüsusi iclasında videokonfrans vasitəsilə çıxış edib.

Rusiyanın 36 raket hücumu həyata keçirdiyini qeyd edən Zelenski bildirib: "Yenə dinc sakinlər, yenə can itkisi. Buna baxmayaraq raketlərin yarısı vuruldu. Rusiya terrorunun yüzdə tamamilə uğursuz olması üçün hər şeyi edirik".

Norveçin Ukraynanın hava hücumundan müdafiəsini dəstəklədiyinə işarə edən Zelenski deyib: “Sizin dəstəyiniz şəhərlərimizi Rusiya terrorundan qoruyur” 

“Norveç tank əleyhinə və artilleriya yardımı göstərir ki, bu da ukraynalıları öz ərazilərində Rusiyanın işgəncə və pis rəftarının yayılmasından xilas edir”, - deyə Zelenski bildirib.

Norveçin raket hücumlarından zərər görən enerji sektorunun yenidən dirçəldilməsinə dəstək verdiyini deyən Zelenski, bunun insanların normal həyata qayıtmasını təmin etdiyini bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti