Toy gecəsi bəylə gəlin yeni aldıqları evdə zəlzələdə öldü - FOTO

17:56 16 Fevral 2023

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən geriyə bir çox ürəkağrıdan hekayələr qaldı. Hatayda Elif və Halil İbrahim Aksoy cütlüyü evləndikləri gecə dağıntılar altında qalaraq həyatlarını itirdilər.

Sitat.info xəbər verir ki, bazar günü Elif və Halil İbrahimin toyu olub.

Yaxınlarının verdiyi xəbərə görə, onlar toydan çıxıb evlərinə gəliblər. Yerli vaxtla təxminən 3.30-radələrində evlərinə yola düşüblər. Mənzilə daxil olduqdan bir neçə dəqiqə sonra isə zəlzələ baş verib və yaxınları binaların uçduğunu görüb. 

Toy gecəsi həyatını itirən bəylə gəlindən geriyə qalanlar isə zəlzələdən bir neçə saat əvvəl çəkilmiş fotoşəkillər və görüntülərdir. Görüntülərdə evli cütlüyün zala girərək rəqs etməsi əks olunub. Bilge ailəsinin ən ürəkağrıdan fotolarından birində isə şəkildəki 6 nəfərdən 5-i ölüb, yalnız bir qız yaralı vəziyyətdə sağ qalıb. 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti