Malatyada 4,7 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, AFAD-ın məlumatına görə, Malatyada 4,7 bal gücündə zəlzələ baş verib.
Yerli saatla 17:45-də baş.verən zəlzələnin episentri Malatyanın Doğanşehir rayonu olub.
Yerin 7 km dərinliyində baş verən zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Seymur Bənnayev
Sitat.info