Qazaxıstan və Ukrayna prezidentləri telefonla danışıblar

19:44 16 Fevral 2023

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna tərəfinin təşəbbüsü ilə Kasım-Jomart Tokayev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Dövlət başçıları Qazaxıstan və Ukrayna arasında humanitar əlaqələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, sonuncu dəfə Tokayevlə Zelenski arasında telefon danışığı 2022-ci ilin iyulunda baş tutub. O vaxt onlar Ukrayna taxılının ixracı ilə bağlı sazişi müzakirə ediblər. Qazaxıstan Prezidenti Ukraynadakı münaqişənin diplomatik yolla həllinin zəruri olduğunu bəyan etmişdi.



Xəbər xətti