Bu gün daha 428 Özbəkistan vətəndaşı “Uzbekistan Airways” aviaşirkəti vasitəsilə Ukraynadan ölkəyə gətirilib. Aviaşirkət vasitəsilə ölkəyə gətirilənlərin 69-u qadın, 49-u uşaq, 11-i isə südəmər körpədir.
AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu ayın əvvəlindən Polşadan Daşkəndə 21 aviareys həyata keçirilib və ölkəyə 4 787 vətəndaş təxliyə olunub.
Məlumatda bildirilir ki, Ukraynadan Moldovaya keçən Özbəkistan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində də tədbirlər görülür.