“Komandaya bir qol borcluyam” - Ramil Şeydayev

13:00 17 Fevral 2023

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gəldikləri (1:0) matç haqda fikirlərini bildirib.

Sitat.info xəbər verir ki, hücumçu oyundan sonra “CBC Sport”a açıqlamasında əvvəlcə görüş haqda təəssüratlarını bölüşüb:

“Çox sevinirəm ki, qələbə qazandıq. İlk oyunda qalib gəldiyimizə görə cavab matçına yaxşı əhval-ruhiyədə gedəcəyik”.

Şeydayev yararlana bilmədiyi penalti epizodu ilə bağlı da danışıb: "Penalti lotoreya kimidir. Əvvəllər vurmuşam, indi alınmadı. Böyük futbolçular da bəzən penaltidən yararlana bilmir. Futbolda belə də olur. Artıq komandaya bir qol borcluyam. Qarşıdakı oyunlarda bunun əvəzini çıxmağa çalışacağam”.



Xəbər xətti