Odessada fəaliyyət göstərən Odessa Azərbaycanlılarının Diasporu “Birlik” Təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu redaksiyamıza maraqlı videogörüntülər yollayıb.
Bu və bundan əvvəlki videolardan da göründüyü kimi, Odessada yaşayan azərbaycanlılar müharibədə zərər çəkən ukraynalılardan yardımlarını əsirgəmirlər. Onlar əllərindən gələn hər şeyi edirlər ki, çətin vəziyyətdə olan Ukrayna əhalisi, həmçinin orada yaşayan digər həmyerlilərimiz müharibənin çətinliyini hiss etməsinlər.
"Birlik" cəmiyyəti həm atəş altında olan şəhərlərdən gələn azərbaycanlıların təxliyyə olunmasında, həm də şəhərdə humanitar aksiyaların keçirilməsində fəal rol oynayırlar.
Bu dəfəki görüntülərdə "Birlik" təşkilatının üzvləri şəxsi büdcələri hesabına kabab bişirərək Odessa şəhərinin qoruyucularına paylayıblar.
Anar Natiqoğlu həmin prosesi əks etdirən videoları eksklüziv olaraq Musavat.com üçün çəkib və redaksiyamıza yollayıb.
Sözügedən görüntüləri təqdim edirik: