"Ukrayna ordusu indi əvvəlkindən qat-qat güclüdür - Zelenski barmaq silkələdi

17:35 17 Fevral 2023

"İndi Ukrayna 2022-ci il fevralın 24-də olduğundan qat-qat güclüdür və Rusiya artıq o vaxtkı qədər güclü deyil və potensiala malik deyil. Ukraynanı mümkün kütləvi hava hücumları ilə qorxutmaq heç bir nəticə verməyəcək".

Sitat.info xəbər verir ki, Zelenski bunu Kiyevdə Niderlandın baş naziri Mark Rutte ilə birgə brifinqdə jurnalistlərin "Ukrayna hava hücumundan müdafiə və aviasiya sisteminin Rusiyanın mümkün kütləvi hava hücumlarına hazırdırmı?" sualına cavab olaraq deyib. 

Zelenski vurğulayıb ki, bu gün Ukraynanın hava hücumundan müdafiəsi və müdafiəsinin effektivlik səviyyəsi müstəqillik əldə etdikdən sonra heç vaxt olmadığı qədər yüksək səviyyədədir: "Ukrayna bu səviyyəyə tərəfdaşların köməyi sayəsində nail olub.

Düzünü desəm, rus təbliğatçılarının dediklərini təhlil etməmişəm... Yəqin ki, bizim kəşfiyyatımız hər gün mənə hesabat verəndə belə şeyləri təhlil edir, çünki terror dövlətindən gələn istənilən mesaja fikir verməlidirlər. Rusiya nə edə bilər - biz başa düşürük, o, bizə hücum edir və istənilən aviasiya növündən istifadə edir və döyüş meydanında, həmçinin raket zərbələri endirir. Onların hədə-qorxuları bir nəticə verməyəcək. Onlar sadəcə olaraq nəyisə toplu şəkildə göstərə bilərlər...Qorxmağın mənası yoxdur. Rus təbliğatçılarının dediklərinə inanmağın da mənası yoxdur".

Məğrur,

sitat.info

 



Xəbər xətti