ABŞ və Kanadanı ayıran Niaqara şəlaləsində dəhşətli hadisə baş verib. Sözügedən inkişaf dünyanın gündəminə çevrildi.
Adı hələ açıqlanmayan 34 yaşlı ABŞ vətəndaşı olduğu bilinən qadın oğlu ilə İllinoys ştatından Niaqara şəlaləsinə gəlib. 2 gün sonra əraziyə çatan qadın 5 yaşlı övladı ilə dəhşətli hadisəyə imza atıb.
Gənc qadın qucağında beş yaşlı oğlu ilə qəfildən 30 metr hündürlükdən intihar edib. Özünü şəlalənin soyuq sularına buraxan qadın həyatını itirib. Xəbərin ardından hadisə yerinə gələn xilasetmə qrupları uşağa çatıblar. Vəziyyətinin ağır olduğu müəyyən edilən oğlan xoşbəxtlikdən sağ qalıb və müalicəsi davam edir.
Niaqara şəlaləsinin yerləşdiyi parkın məsul polisi açıqlama verərək ananın öldüyünü bildirib. Mütəxəssis qrupların yerində və vaxtında müdaxiləsi nəticəsində kiçik uşaq sudan çıxarılıb.
Səid,
Sitat.info