Böyük Britaniya Ukraynaya 1000 kilometrə qədər mənzilli “Storm Shadow” aviasiya qanadlı raketlərini təhvil verməyə hazırdır. Belə silahların əldə edilməsi ruslar üçün çəkindirici rol oynayacaq və vəziyyəti ciddi şəkildə Ukraynanın xeyrinə çevirəcək. Ekspert əmindir ki, Böyük Britaniya müstəqil olaraq Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisində vura biləcəyi 1000 km-ə qədər mənzilli “Storm Shadow” raketlərinin Ukraynaya ötürülməsinə dair qərar verə bilər.
Sitat.info xəbər verir ki, bu sözləri politoloq və publisist Andrey Piontkovski deyib.
Ekspert hesab edir ki, Böyük Britaniya Polşanın köməyi ilə Ukrayaya "Storm Shadow" raketlərinin verməyə hazırdır:
"Zelenskinin BMT-dəki danışıqları göstərir ki, Böyük Britaniya Polşanın köməyi ilə "Storm Shadow" raketlərini verməyə hazırdır, onların uçuş məsafəsi 1000 kilometrə qədərdir. Ukraynanın belə bir raketə sahib olması rusları qorxuya salacaq.
Bu, vəziyyəti ciddi şəkildə dəyişəcək".
Piontkovskinin sözlərinə görə,dəhşətli "Storm Shadow" raketləri havadan buraxılan qanadlı raketlərdir və bu o deməkdir ki, onlardan istifadə etmək üçün Ukraynaya da döyüş təyyarələri lazım olacaq.
Məğrur,
Sitat.info