NATO-nun baş katibi Kiyevə hərbi dəstəyi “uzunmüddətli sülhə aparan yeganə yol” adlandırıb. Yens Stoltenberq də hesab edir ki, Ukraynanın münaqişədə qalib gəlmək şansı var
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə hərbi dəstəyin davam etdirilməsini Ukraynada uzunmüddətli sülhün yeganə yolu hesab edir.
Sitat.info xəbər verir ki, o, bu fikri cümə günü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə deyib.
Stoltenberq münaqişənin danışıqlar masası arxasında bitəcəyini, lakin danışıqların nəticəsinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını iddia edib.
"Ona görə də indi Kiyevin hərbi dəstəyi uzunmüddətli və ədalətli sülhün əldə olunmasına zəmanət verən yeganə yoldur".
Kiyevin qalib gələ biləcəyi ilə bağlı suala o, belə cavab verib: “Bəli, bizim Ukraynanı dəstəkləməyimizin səbəbi budur”.
Nərgiz,
Sitat.info