Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Rusiya ordusunun daha bir generalının öldürüldüyünü açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsindən verilən açıqlamada Rusiyanın 41-ci Ordusunun komandanının müavini və Baş Qərargah rəisi general-mayor Vitali Gerasimovun Xarkov yaxınlığında baş verən qarşıdurmalarda öldürüldüyü açıqlanıb.
Xatırladaq ki, 2-ci Çeçenistan Müharibəsində, Suriyadakı əməliyyatlarda və Krımın qanunsuz ilhaqında iştirak edən Gerasimovun Ukraynada öldürülən ikinci yüksək səviyyəli rus komandiri olduğu vurğulanıb.