Rusiya ordusu Ukrayna ərazisində zirehli döyüş maşınından (PDM) istifadə edərək minik avtomobilini atəşə tutub.
Hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Görüntülərdən aydın müşahidə etmək olur ki, zirehli döyüş maşınını idarə edən hərbçi mülki şəxsin idarə etdiyi avtomobil istiqamətinə üç dəfə atəş açır.
Atəşlərdən ikisi minik avtomobilinə dəyir və nəticədə sürücü sükan arxasında faciəvi şəkildə həyatını itirir.
Həmin görüntüləri təqdim edirik: