“Nəhayət, Cənubi Qafqazda üç ölkə arasında əməkdaşlıq başlana bilər”

20:48 18 Fevral 2023

“İlkin variantda görüşdə Ermənistan Baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi”.

Sitat.info xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində deyib.

“Dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər”, - deyə dövlət başçısı bildirib.



Xəbər xətti