Ordumuzun zabiti qəflətən vəfat etdi

09:25 20 Fevral 2023

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Vüqar Şümşəd oğlu Ağayev kəskin miokard infarktından vəfat edib.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir.

Allah rəhmət eləsin!



Xəbər xətti