Hatay Antakyada araşdırmalar aparan Milli Müdafiə naziri Hulusi Akar CNN TÜRK-ə danışıb.
Sitat.info xəbər verir ki, Akar zəlzələdə ölən əsgərlərin sayının 100 nəfər olduğunu açıqlayıb.
Nazir açıqlamasında bildirib ki, hazırda 2 dostumuz hələ də itkindir. Dağıntılar altında olduqlarını düşünürük. Müvafiq qurum və birliklərlə koordinasiyalı olaraq onlarla bağlı işlərimizi davam etdiririk. Yoldaşlarımızdan itkilərimiz var. Təəssüf ki, bu, 100-ə çatıb. Yaralılarımız var. Yaralılarımıza hər cür qayğı göstərilir.
Məğrur
Sitat.info