Azərbaycandan qaçan şəxs Belarusda tutuldu - Foto

10:28 20 Fevral 2023

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Belarusda həbs edilib.

“Sitat.info”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərar ilə axtarışa verilən və Cinayət Məcəlləsinin 178.3.2 və 320-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə və sənədlərin saxtalaşdırılması) maddələri üzrə ittiham olunan 1975-ci il təvəllüdlü Məhərrəmov Ağasəmid Fərzulla oğlu Belarus ərazisində saxlanılıb.

Onun Azərbayacana ekstradisiya edilməsi məqsədilə tədbirlər həyata keçirilir.



Xəbər xətti