Amerika ordusu Suriyanın şimalında DEAŞ terror təşkilatına qarşı helikopter dəstəyi ilə əməliyyat keçirib.
Sitat.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), əməliyyatda "Batar" olaraq təsbit edilən, lakin kimliyi ilə bağlı əlavə məlumat verilməyən bölgə zabitlərindən birinin tutulduğunu açıqlayıb. Sözügedən şəxsin İŞİD üzvlərinin saxlandığı “təcridxanalara hücumların planlaşdırılmasında və əldəqayırma partlayıcı maddələrin istehsalında iştirak etdiyi” ifadə edilib. Əsas orqanı terror təşkilatı YPG olan SDG də ABŞ əsgərinə dəstək verib. CENTCOM-un açıqlamasında mülki şəxslərin zərər görmədiyi vurğulanıb. Əməliyyat dörd amerikalı əsgərin yaralandığı bir başka basqının ertəsi günü keçirilib. Həmin basqın zamanı DEAŞ lideri Həmzə əl-Homsi ölü olaraq yaxalanıb.
Seymur Bənnayev
Sitat.info