Türkiyədə zəlzələ bölgəsindən tapılan qızıl və pulların aqibəti necə olacaq? - FOTO/VİDEO

11:12 20 Fevral 2023

Türkiyədə təbii fəlakət bölgəsindən tapılan külli miqdarda pul və dəyərli əşyaların hamısı həmin bölgə üzrə polis bölməsinə təhvil verilir. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəlzələ baş verən andan bu günə qədər "12 fevral" polis şöbəsində 250-ə yaxın müxtəlif pul və zinət əşyaları qorunur. 

Onlar arasında qadın və kişi zinət əşyaları, külçə qızıllar və pullar var. Bir-bir qeydə alınan əşyalar polis tərəfindən sahiblərinə və ya varislərinə təhvil veriləcək.

Sahibi tapılmayan qiymətli əşyalar isə Türkiyə Milli Əmlak Ümumi Müdirliyinə təqdim olunacaq.

Sitat.info həmin görüntüləri təqdim edir:



Xəbər xətti