ABŞ prezidentinin təxminən 15 ildə Ukraynaya ilk səfəri başa çatıb.
Sitat.info xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Ukraynaya tarixi səfərini başa vuraraq Kiyevi tərk edib.
ABŞ dövlət başçısı paytaxtda altı saata yaxın qalıb.
Bayden yerli vaxtla səhər saat 8-də qatarla Kiyevə gəlib və ilk foto və video sübutlar saat 12-dən əvvəl ortaya çıxıb.
Sonra ABŞ prezidenti Mixaylovskaya meydanında Vladimir Zelenski ilə görüşüb, Ukraynanın azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad edib, daha sonra hər iki dövlət başçısı səfərin rəsmi hissəsini Mariinski sarayında davam etdirib.
Bu, ABŞ prezidentinin son 15 ildə Ukraynaya ilk səfəri idi. ABŞ-dan bu səviyyəli rəsmi şəxs sonuncu dəfə 2008-ci ilin sentyabrında Kiyevə səfərə gəlmişdi - o zaman prezident Corc Buş idi.
Nərgiz,
Sitat.info