Zəlzələnin gətirdiyi barış: Yunanıstanın xarici işlər naziri AB-dən Türkiyə üçün dəstək istədi

18:06 20 Fevral 2023

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Avropa Birliyi (AB) xarici işlər nazirləri toplantısına qatılmaq üçün gəldiyi Belçikanın paytaxtı Brüsseldə Aİ-ni Türkiyəyə dəstək verməyə çağırıb.
Sitat.info xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi (AB) xarici işlər nazirləri toplantısına qatılıb.

Episentri Kahramanmaraşda olan və  10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə gedən və fəlakət bölgəsində araşdırmalar aparan Dendias bunları deyib:“Mən Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə səfər edim və həm Suriyada, həm də Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək  üçün çalışdım . Təəssüf edirəm,  görünməmiş bir fəlakət baş verdi. Böyük kömək və dəstəyə ehtiyac var”. 

Xatırladaq ki, ötən günlərdə Türkiyəyə gələn və həmkarı nazir Çavuşoğlu ilə görüşən Dendias zəlzələ bölgəsinə səfər edib.

Məğrur,

Sitat.info



Xəbər xətti