"Yaşayış məntəqələrimizi düzənlikdən dağlara köçürəcəyik" - Ərdoğan

19:18 20 Fevral 2023

 "Tamamilə dağılmış 21 minə yaxın binanın dağıntıları çıxarılıb. 118 min dağılmış bina var ki, təcili olaraq sökülməli və ağır zədələnmiş binalardan 412 min ailə təxliyə edildi. Bundan əlavə, 24 mindən çox binada 133 mindən çox mənzil sahibi olan vətəndaşlarımız  müvəqqəti sığınacaq mərkəzlərinə və ya təhlükəsiz yerlərə köçürülüb. Digər tərəfdən, zəlzələ bölgəsindəki 8-9 min binada 3 milyon 108 min mənzilin cüzi ziyan gördüyü və ya zədələnmədiyi müəyyən edilib. Ekologiya və Şəhərsalma Nazirliyimiz 7 min 328 personalı ilə apardığı zərərin qiymətləndirilməsi işini başa çatdırmaq üzrədir. Vətəndaşlarımız elektron dövlət sistemi vasitəsilə evlərinin dəymiş ziyanı ilə bağlı hesabatları əldə edə bilərlər".

Sitat.info xəbər verir ki, bu sözləri bu gün Hatayda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, qəsəbələr əvvəlki kimi qurulacaq və hər bir infrastruktura malik olacaq: "Bütün şəhərlərimizi yaşayış yerləri, iş yerləri, sənayesi, kənd təsərrüfatı, tarixi və mədəni dəyərləri ilə zərrə qədər əksiklik qalmadan canlandıracağıq.

Biz universitetlərimizin geofizika, geotexniki, geologiya, seysmologiya professorları və zəlzələ mütəxəssisləri ilə məsləhətləşərək işləyirik. Yaşayış məntəqələrimizi mümkün qədər düzənlikdən dağlara köçürməklə, torpağın yumşalması səbəbindən yaranan fəlakətlərdən uzaq tutmaq istəyirik.

 Mart ayında Hatayda 40 min 426, Kahramanmaraşda 45 min 67, Adıyamanda 25 min 882, Qaziantepdə 18 min 544, Malatyada 44 min 770, Osmaniyedə 9 min 550, Diyarbəkirdə 6 min, Şanlıurfada  3 min , Elazığda 3 min 750 , Adanada 2 min 500   və Kilisdə 250 mənzilin tikintisi başlayacaq.

Nərgiz,

Sitat.info



Xəbər xətti