Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntıların olduğu deyilir

21:49 20 Fevral 2023

Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.

Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.



Xəbər xətti