Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv dövlətləri zəlzələlərdən sonra Türkiyə və Suriyaya başladılan yardım kampaniyasına daha tez töhfə verməyə çağırıb.
Sitat.info xəbər verir ki, Gündəlik mətbuat brifinqində çıxış edən BMT Baş katibinin sözçüsü Stefan Dujarrik də Hatayın Defne rayonunda baş verən zəlzələyə toxunaraq, bunun bölgədəki risklərin böyük olduğuna işarə etdiyini bildirib.
"Suriya və Türkiyəyə edilən yardımdan çox məmnun olduğumuzu söyləmək çətindir, çünki bizə daha sürətli, daha çox vəsait lazımdır", - Dujarrik deyib.
Əməyi keçən ölkələrə təşəkkür edən Dujarrik, insan həyatının risk altında olduğunu və bu səbəbdən yardımların sürətləndirilməsi lazım olduğunu bildirib.
Düjarrik həmçinin qeyd edib ki, BMT-nin yerlərdəki personalının sayı da artıb.
Qeyd edək ki, fevralın 14-də BMT, Suriyada zəlzələdən zərər çəkənlərə 397,6 milyon dollar humanitar yardım göstərməyə çağırmışdı. Eyni zamanda, BMT, 9-16 fevral tarixlərində 143 humanitar yardım maşınının Babülhava və Babüsselam sərhəd qapılarından ölkəyə daxil olduğu məlumatını da paylaşıb.
Fevralın 16-da BMT-nin baş katibi Antonio Quterreş bildirib: "Bu gün BMT əsrin ən böyük zəlzələsindən zərər çəkmiş türk xalqı üçün 1 milyard dollar dəyərində humanitar yardım çağırışı edir".
BMT-nin 77-ci Baş Assambleyasının sədri Csaba Körösi, Kahramanmaraşda baş verən zəlzələlərdən təxminən 9 milyon insanın zərər çəkdiyinə diqqət çəkərək, bütün üzv dövlətləri Türkiyə və Suriya ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
Seymur Bənnayev
Sitat.info