Dünən axşam saatlarında 3 dəqiqə arayla baş verən 6,4 və 5,8 ballıq zəlzələlərdə Kahramanmaraşda baş verən 2 zəlzələdə zərər görən bir çox bina dağılıb. Bu binalardan yalnız Mustafa Kamal Universiteti Memarlıq Fakültəsi qonaq evinin yanğın pilləkəni ayaqda qalıb
Sitat.info xəbər verir ki, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə böyük dağıntıların yaşandığı Hatayda, dünən axşam saatlarında 3 dəqiqə ara ilə 6,4 və 5,8 bal gücündə 2 zəlzələ baş verib.
Mustafa Kamal Universiteti Memarlıq Fakültəsinin Ürgen Paşa Məhəlləsi Atatürk küçəsində yerləşən və ilk zəlzələlərdə ciddi ziyan görən 7 mərtəbəli qonaq evi dünənki zəlzələlərdə tamamilə dağılıb, dağılmış binanın yalnız yanğın pilləkənlərinin ayaqda qaldığı görülüb.
Seymur Bənnayev
Sitat.info