Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibənin birinci ilinə günlər qalmış gözlər Moskvaya çevrildi. Rusiya prezidenti Vladimir Putin bu gün ümumxalq müraciəti olaraq Federal Məclis üzvlərinə müraciət edib; O, Ukraynadakı vəziyyəti, milli və beynəlxalq hadisələri dəyərləndirəcək. Kritik saat yaxınlaşdıqca paytaxt küçələrində diqqətçəkən görüntülər yaşanıb.
Sitat.info xəbər verir ki, Rusiya lideri bu gün paytaxt Moskvadakı “Qostini Dvor” qərargahında parlament üzvləri, komandirlər və əsgərlər qarşısında çıxış edəcək.
Beynəlxalq mətbuatda yer alan xəbərlərə görə, Putinin çıxışında Ukrayna müharibəsi ilə bağlı aktual məlumatları paylaşacağı, ölkənin iqtisadiyyatı və sosial siyasətinə toxunacağı gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov dövlət televiziyasına verdiyi açıqlamada bildirib: “Belə kritik və çox mürəkkəb bir məqamda hər kəs baş verənlərin qiymətləndirilməsini, xüsusi hərbi əməliyyatların qiymətləndirilməsini eşitmək ümidi ilə mesaj gözləyir”.
Putinin çıxışı bu gün yerli vaxtla saat 12:00-da başlayacaq.
Seymur Bənnayev
Sitat.info