Türkiyədə yenidən zəlzələ baş verib

10:11 22 Fevral 2023

Diyarbakırın Dəclə mərkəzində 4 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, Diyarbakırın Dəclə rayonunda 4 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 06:04-də baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.

Digər tərəfdən, fevralın 6-da Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra bölgədə 7 mindən çox afterşok baş verib. 10 əyalətdə 4,5 və 6 bal gücündə təkanlar davam edir.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti