İranın Kərəc şəhərində azərbaycanlı fəallar Ana dili günü münasibətilə kütləvi şəkildə vərəqələr paylayıblar

12:32 22 Fevral 2023

Fevralın 21-də paylanılan traktatda: “Neçə dil bilən neçə insandır, Ana dili bilməyən necə insandır?”, “Ana dilimizi qoruyaq!”, “Mən anamı sevirəm, dilini niyə sevməyim?” şüarları yazılıb.

Sitat.info xəbər verir ki, Beynəlxalq Ana Dili Günü ilə eyni vaxtda azərbaycanlı milli və vətəndaş cəmiyyəti fəalları İranda ana dilində təhsil hüququnun təmin edilməməsinə və milli ayrı-seçkiliyə müxtəlif yollarla, o cümlədən kitab paylanması, qraffiti və divar yazıları və s... ilə etirazlarını nümayiş etdiriblər.

Səid İsaoğlu,

Sitat.info
 




Xəbər xətti