Dövlət Duması Vladimir Putinin təqdimatını təsdiqləyib, Moskva mühüm sənəddə iştirakını dayandırıb

13:36 22 Fevral 2023

Rusiya Dövlət Duması rəsmi Moskvanın Strateji Hücum Silahlarının İxtisarı üzrə Müqavilədə iştirakını dayandırması haqqında qanunu yekdilliklə qəbul edib.

Sitat.info xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Layihəni fevralın 21-də ölkə Prezidenti Vladimir Putin Dumaya təqdim etmişdi.

O, ötən gün Federal Məclisə müraciətində Rusiyanın müqavildə iştiraklarını dayandırdığını açıqlamışdı.

Qeyd edək ki, Strateji Hücum Silahlarının İxtisarı üzrə brinci müqavilə 1991-ci ilin iyulunda ABŞ Prezidenti Corc Buşla keçmiş SSRİ-nin rəhbər Mixail Qorbaçov arasında imzalanıb.

SSRİ dağıldıqdan sonra müqavilə yenilənib. 1993-cü ilin yanvarında Corc Buşla Rusiya Prezidenti Boris Yeltsin ikinci, 2010-cu ilin aprelində ABŞ Prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Dmitri Medvedev arasında üçüncü saziş imzalanıb. Sonuncu sənəd 2011-ci il fevralın 5-də qüvvəyə minib.



Xəbər xətti