İsrail qüvvələri Nablusda 3 fələstinlini öldürüb

16:34 22 Fevral 2023

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərinə təşkil etdiyi basqınlarda 3 fələstinli həyatını itirib, 41 nəfər isə yaralanıb.

Sitat.info xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinə basqın edib. Rəsmilər bildiriblər ki, İsrail əsgərləri iş saatları ərzində Nablus şəhərinə basqın edib və şagirdlər məktəbdə olarkən bir evi mühasirəyə alaraq atəş açıblar.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada 3 fələstinlinin öldüyü, 41 nəfərin yaralandığı, İsrail əsgərlərinin isə təcili yardım maşınlarının şəhərə çatmasına və yaralıların təxliyəsinə mane olduğu bildirilib.

Məğrur

Sitat.info



Xəbər xətti