Filippində təyyarə qəzası olub, 4 nəfər ölüb

09:30 23 Fevral 2023

Filippində aktiv vulkanın krateri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki Avstraliya vətəndaşı və iki yerli sakin ölüb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Qəza fevralın 18-də baş verib. Təyyarənin qalıqları üç gün sonra Luzon adasında yerləşən aktiv Mayon vulkanının kraterinin yaxınlığında aşkar edilib.



Xəbər xətti