Aİ ölkələri Rusiyaya qarşı onuncu sanksiya paketi ilə bağlı razılığa gələ bilmədilər

22:20 23 Fevral 2023

Avropa İttifaqına üzv ölkələrin səfirləri yenidən Rusiyaya qarşı fevralın 24-dək qüvvəyə minməli olan onuncu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.

Sitat.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni sanksiyalar paketi üzrə müzakirələr fevralın 24-də davam etdiriləcək.



Xəbər xətti