ABŞ Geoloji Xidməti (USGS) İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verdiyini bildirib.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada İndoneziyanın şərqindəki Halmahera adasında yerləşən Tobelo qəsəbəsindən 177 kilometr şimalda 6,3 bal gücündə baş vermiş zəlzələnin 97 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Hələlik zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Seymur Bənnayev
Sitat.info