Kiyevin şimal-qərbində döyüşlər hələ də davam edir, Rusiya ordusu heç bir mühüm irəliləyiş əldə edə bilməyib.
APA-nın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Xarkov, Çerniqov, Sumı və Mariupol şəhərləri Rusiya ordusunun mühasirəsində qalır və bu şəhərlər Rusiya tərəfindən ağır atəşə məruz qalmağa davam edir.
"Görünən odur ki, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın müasir döyüş təyyarələrinə qarşı əhəmiyyətli uğur qazanıb və onların havaya istənilən dərəcədə nəzarət etməsinə mane olub", məlumatda qeyd olunub.