Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızım qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.
Sitat.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Trend-in sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb.
Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.
Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.
Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.
xxx
Bakıda qız qaçırılıb.
Sitat.info "Unikal"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.
Görüntülərdə 3 nəfərin qızı zorla "Opel" markalı avtomobilə mindirdiyi görünür.