Azad Vətən Partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat verdi

16:40 24 Fevral 2023

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azad Vətən Partiyasının yaydığı bəyanatda deyilir: Xocalı soyqırımı dünya tarixində insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  

Dinc əhalini milli mənsubiyyətinə görə kütləvi şəkildə  məhv etmək siyasəti erməni-faşist ideologiyasının əsas məqsədidir. Öldürülmüş insanların cəsədləri üzərində təkrar zorakılıq aktlarını həyata keçirmək isə dünya miqyasında görünməmiş vəhşilikdir.

Tarix bu cür qəddarlığı həmişə qınayıb və heç vaxt unutmur. İndiyədək Xocalı soyqırımını 17 dövlət, o cümlədən  Pakistan, Meksika, Çexiya, Kolumbiya, Latviya və digərləri, ABŞ-ın 24 ştatı tanıyıb. Vaxt gələcək, bu qanlı qırğını törədənlər ədalət məhkəməsinin hökmü ilə layiq olduqları cəzanı alacaqlar. 

Xalqımız erməni işğalçıları üzərində əldə etdikləri Böyük Zəfər  ilə müharibə canilərinin son aqibətlərinin necə olacağını göstərdi.Hesab edirik ki. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində göstərdiyi hünəri davam etdirməli, ləngitmədən Xocalıya, Xankəndinə daxil olmalı, torpaqlaırmızı son qarışınadək düşməndən azad etməlidir!

Hər bir niyyətin həyata keçmək dövrü var. Azərbaycan bayrağı Xankəndi üzərində dalğalandığı andan Xocalını törədən canilərin məhkəməsi başlanacaq. Xocalı Şəhidlərinin, Bütün Şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.
Rədd olsun erməni faşizmi!
Xocalıya ədalət, regionumuzda sülhün bərqərar olmasına doğru irəli! Qələbə bizimlədir!



Xəbər xətti