Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Sitat.info xəbər verir ki, telefon əlaqəsi zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə edilib.
Liderlərin telefon danışığında Türkiyədə baş verən zəlzələlər və birinci ili tamam olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər müzakirə edilib.
Prezident Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Ukrayna Prezidenti Zelenskiyə təşəkkür edib.
Prezident Ərdoğan, bir ili tamam olan Rusiya-Ukrayna müharibəsində atəşkəs və danışıqlar yolu ilə həllin qurulmasına və sülhün formalaşmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
Nərgiz,
SİTAT.İNFO