Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Sitat.info xəbər verir ki, tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı telefonla Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında regionda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaların icrasını müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti bildirib.
"Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyətə də toxunub", - məlumatda deyilir.
Məğrur,
SİTAT.İNFO