Rusiya-Ukrayna müharibəsinin 1-ci ili münasibətilə ABŞ-nin paytaxtı Vaşinqtonda və San-Fransiskoda Ukrayna ilə həmrəylik nümayişləri keçirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə nümayişçi Vaşinqtonda Linkoln Memorialının qarşısına toplaşaraq, Ukrayna bayraqları və Rusiyanı pisləyən plakatlarla müharibəyə etiraz ediblər.
Nümayişdə iştirak edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer ölkə olaraq Ukraynanın yanında olmağa davam edəcəklərini bildirib.