Türkiyəli müğənni zəlzələdən qorxduğu üçün İstanbulu tərk etdi - FOTO

10:47 27 Fevral 2023

Türkiyəli müğənni Ceylan Ertem zəlzələdən qorxduğu üçün İstanbulu tərk edib.

Sitat.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi həmyerlilərini də şəhəri tərk etməyə səsləyib:

"Çantalarımızı hazır edək. Çalışın kəndlərə gedin. Uzaq şəhərlərə də köçə bilərsiniz. İstanbulun mərkəzinin sakitləşməyə ehtiyacı var”.

Ceylan Ertem özünün də kəndə köçüb orada yaşayacağını bildirib.

 



Xəbər xətti