ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət “Böyük yeddilik” ölkələrinin liderləri bir ildir Rusiyanın işğalı altında olan Ukraynaya dəstəklərini bir daha bəyan ediblər.
Sitat.info xəbər verir ki, G7 ölkələri Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq 2023-cü il üçün iqtisadi dəstək öhdəliyini 39 milyard dollara çatdırıb. Hindistanın Banqaluru şəhərində keçirilən G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısında Çinin mövqeyinə görə birgə açıqlama verilə bilməyib.
G20-nin Hindistan Sədrliyi iclasda "üzvlərin əksəriyyətinin Ukraynadakı müharibəni qətiyyətlə pislədiyini" və "vəziyyət və sanksiyalara dair müxtəlif qiymətləndirmələrin" olduğunu bildirən "prezident xülasəsi" yayımlanıb.
Məğrur
Sitat.info