Qırğızıstanın İssık-Kul bölgəsində 5,1 və 5,6 bal gücündə iki zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, Qırğızıstan Seysmologiya İnstitutundan verilən açıqlamada yerli vaxtla saat 03:42-də İssık Kul bölgəsində 5,1 bal gücündə zəlzələnin baş verdiyi, zəlzələnin ətraf kəndlərdə də hiss edildiyi bildirilib.
Açıqlamada 5,6 bal gücündə ikinci zəlzələnin yerli vaxtla saat 05:58-də İssık Kul bölgəsində Çin sərhədi yaxınlığında baş verdiyi və zəlzələnin yerin 35 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi ilkin məlumata görə, tələfat və dağıntıların olmadığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info