Jurnalist intihara cəhd etdi: "Ölümümdə bu şəxslər günahkardır"

12:46 27 Fevral 2023

“Azərtac”-ın keçmiş əməkdaşı  Aygün Əliyeva intihar edib.

Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə  jurnalistin həyat yoldaşı Teymur Əliyevin açıqlamasına əsasən məlumatlar paylaşılıb. 

Məlumata görə, Aygün Əliyeva  zəhərli maddə qəbul edib. Vəkil Bəhruz Bayramov faktı təsdiqləyib, jurnalist hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb.

İntihar cəhdindən öncə bu statusu facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb: 

"Artıq stimulum yoxdur. Mənim ölümümdə günahkar  Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, Azertac News Agency keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaiti mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir. Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim. İş üçüncü dəfə absurd qərarla yenidən Apellyasiya məhkəməsinə ve bir ay geri tarixlə dünən göndərildi.

Olmadı. Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qasındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm. Bu, ikinci cəhdim olacaq və bu dəfə bitəcək".

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti