Rusiya hazırda Ukrayna ətrafında vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt görmür və bu, xüsusi hərbi əməliyyatın davam etdirilməsinə səbəb olur.
Sitat.info xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz bir daha təkrar edirik ki, hazırda biz bütün bu proseslərin dinc istiqamətdə yayımlanması üçün heç bir ilkin şərt görmürük”.
Peskov vurğulayıb ki, xüsusi əməliyyat davam edərkən, Rusiya qarşıya qoyulan məqsədlərə çatmağa doğru gedir.
Nərgiz,
Sitat.info