Almaniya Rusiyanı START-a qayıtmağa çağırıb

19:45 27 Fevral 2023

Almaniya Rusiyanı Strateji Silahların Azaldılması Müqaviləsinə (START) qayıtmağa çağırıb.

Sitat.info “Der Spiegel”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Gəlin hamılıqla Putini SHSM-ə qayıtmağa və ABŞ-la müqavilə üzrə dialoqu bərpa etməyə çağıraq. Qəti şəkildə inanıram ki, bu, dünyada hamının maraqlarına uyğundur”, - o deyib.

Nazir qeyd edib ki, son bir ildə Rusiya silahdan istifadə etməklə BMT Nizamnaməsinin və beynəlxalq hüququn ən fundamental prinsiplərini pozur.

“Rusiya hamımızın asılı olduğu silahlara nəzarət arxitekturasını pozur. START-dan çıxış Rusiyanın bizim silahlara nəzarət arxitekturasına və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə vurduğu son zərbə oldu”, - o vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkəsinin Rusiya ilə ABŞ arasında strateji silahlar sahəsində münasibətləri tənzimləyən Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırdığını elan edib.



Xəbər xətti