Tacikistanda yenə zəlzələ oldu

09:37 28 Fevral 2023

Tacikistanda 5 bal gücündə zəlzələ baş verib.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Zəlzələnin episentri Murqab yaşayış məntəqəsindən 58 kilometr cənub-qərbdə yerləşib. 

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.



Xəbər xətti