Bakıda müəllim şagirdi döydü, valideyn polisə müraciət etdi

10:43 28 Fevral 2023

Bakının Qaradağ rayonu, Sahil qəsəbə sakini övladının məktəbdə müəllim tərəfindən döyüldüyünü bildirib.

“Sitat.info” xəbər verir ki, Qaradağ RPİ-nin 38-c Polis Bölməsinə müraciət edən A.S. övladı, 2008-ci il təvəllüdlü Asimanın (şərti) 273 saylı məktəbdə xanım müəllim tərəfindən döyüldüyünü bildirib.

O, hadisənin xuliqanlıq zəminində baş verdiyini iddia edib və müəllim barəsində tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.



Xəbər xətti