Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu iddia edilən Luiza Rozova instaqramdan gələn rəylərdən bezərək hesabını bağlamağa qərar verib.
Luiza Rozova Rusiyanın Ukraynaya hücumundan sonra xeyli sayda təhqir mesajı alıb.
84 min izləyicisi olan Luiza əvvəlcə hesabını qapalı edib, daha sonra müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
Luizanın fotolarına “Qatilin qızı, atan psixopatdır, inşallah öləsən” kimi şərhlər yazılıb. Rusiyanın ən zəngin qadınlarından olan Svetlana Krivonoqixin qızı Luiza atasının Putin olması ilə bağlı iddialara heç vaxt cavab verməyib.
Rusiya mətbuatının yazdığına görə, Putinlə Svetlana Krivonoqix arasında münasibətlər 90-cı illərin sonlarında başlayıb. O zaman Sankt-Peterburqda yaşayan Krivonoqix universitetdə oxuduğu müddətdə təmizlik işində də çalışıb. Lyudmila Putina ilə evli olan Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri olub. Cütlüyün münasibətinin necə başlayıb, necə bitdiyi məlum olmasa da, sonrakı illərdə Svetlana milyonçuya çevrilib.