Noyabr ayından İranın 4 şəhərində 650 tələbə qız zəhərlənib. Onların şagirdlərin məktəbə getməməsi üçün qəsdən zəhərləndikləri iddia edilib. Təhsil və Kəşfiyyat nazirlikləri faktlarla bağlı birgə araşdırmalara başlayıb.
Sitat.info-nun məlumatına görə, ölkədə Qum, Tehran, İsfahan və Burucerd şəhərlərində 14 məktəbdə 3 ayda 650 qız şagird zəhərlənib.
Bundan sonra qızların məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddiaları ortaya atılıb.
Hökumət sözçüsü Əli Bahadori Çehromi, Kəşfiyyat və Təhsil nazirliklərinin zəhərlənmənin mənbəyini tapmaq üçün birlikdə çalışacaqlarını açıqlayıb.
Birincisi, noyabrın 30-da 18 qız şagird zəhərlənmə hallarının yaşandığı Qum şəhərindəki orta məktəbdə xəstəxanaya yerləşdirilib.
Digər şəhərlərdəki qız məktəblərində də oxşar halların yaşanması müzakirələri qızışdırıb.
Bir qrup şəxslər son aylarda ölkədə baş verən etirazlar səbəbilə qız tələbələrin hədəf alındığını iddia edirdi.
Digər qrup isə qızların məktəbə getməsinə mane olmağa çalışdıqlarını iddia edib.
Səhiyyə Nazirliyi bu halların yüngül şəkildə qarşısının alındığını açıqlayıb və zəəhərlənmələrin ölümcül olmadığını, panika yaratmamalı olduğnu bildirib.
İranın səhiyyə nazirinin müavini Yunus Pənahi isə bildirib ki, görünür, bəzi insanlar bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir.
Seymur Bənnayev
Sitat.info